Argentina millisinin baş məşqçisi Lionel Skaloni Ekvadorla matçdan sonra mətbuata danışıb.
Newsport.az-ın məlumatına görə, baş məşqçi millidə dəyişikliklər etməyin lazım olduğunu deyib:
"Günün ikinci yarısında da məşq edəcəyik. İdeya bəzi dəyişikliklər etməkdi. Çünki indi dəyişiklik etməyin əsl vaxtıdı. Montiel və Alvarezə etibar etmək olar. Onların əvvəldən az oynaması, onlara az etibar etməyimizin göstəricisi deyil. Məşqlərə davam edib, onlara etibar edəcəyik".