“Monako” PSJ-ni darmadağınla yola saldı

Futbol üzrə Fransa çempionatında 29-cu tura yekun vurulub.

Newsport.az-ın məlumatına görə, açılış oyununda “Sent-Etyen” və “Trua” kollektivləri üz-üzə gəliblər. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.

Şənbə günü “Lans” doğma meydanda “Klermon” üzərində inamlı qələbəyə sevinib. Son çempion “Lill” “Nant” səfərinə yollanıb və minimal hesabla qalib gəlib.

Sonuncu oyun günündə 7 qarşılaşma baş tutub. “Loryan” – “Strasbur” matçında qapılara qol vurulmayıb. Lion “Olimpik”inin “Reyms”lə səfər oyunu da qolsuz başa çatıb.

Turlar ötdükcə çempionluğa daha da yaxınlaşan PSJ bu dəfə səfərdə “Monako”nu sınağa çəkib. Amma Paris təmsilçisi bu görüşdə 3 cavabsız qolla məğlub edib.

Turun mərkəzi görüşü “Velodrom”da olub. Burada 2-3-cü pillələri bölüşən Marsel “Olimpik”i ilə “Nitsa” münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı bu matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

“Anje” “Brest”lə ev oyununda minimal hesabla üstün olub. “Monpelye” isə səfərdə “Bordo”ya qalib gəlib. “Renn” də “Mets”lə ev oyununda darmadağına sevinib.

Fransa Liqa 1, 29-cu tur

18 mart

Sent-Etyen – Trua 1:1
Qol: Budebus, 67-pen – Motiba, 18.

19 mart

Lans – Klermon 3:1
Qol: Danso, 39. Sotoka, 45+3. Haydara, 58 – Raşani, 9.

Nant – Lill 0:1
Qol: Onana, 41.

20 mart

Monako – PSJ 3:0
Qol: Ben Yedder, 25; 84-pen. Volland, 68.

Anje – Brest 1:0
Qol: Bufal, 39-pen.

Bordo – Monpelye 0:2
Qol: Vahi, 11. Molle, 16.

Loryan – Strasbur 0:0

Renn – Mets 6:1
Qol: Terrye, 18-pen; 27. Jirassi, 40; 54; 64. Traore, 59 – Mafuta, 87.

Reyms – Lion 0:0

Marsel – Nitsa 2:1
Qol: Milik, 45+3-pen. Bakambu, 89 – Lemina, 90+1.

Bombardir: Kilian Mbappe (PSJ) – 16 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right