Futbol üzrə Almaniya Bundesliqasında 27-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Açılış qarşılaşmasında “Bohum” və Münhenqladbax “Borussiya”sı üz-üzə gəlib. Qonaqlar bu oyundan inamlı qələbə ilə ayrılıblar.
Turun əksər görüşləri şənbə gününə təsadüf edib. “Qroyter” – “Frayburq” matçında hesab açılmayıb.
Beş qolun qeydə alındığı “Ştutqart” – “Auqsburq” matçı meydan sahiblərinin qələbəsiylə yekunlaşıb. “Herta” “Hoffenhaym”ı, “Maynts” isə “Arminiya”nı darmadağınla yola salıb. Son 2 turda qələbə qazana bilməyən lider “Bayern” də “Yunion”u sınağa çəkib. Münhen təmsilçisi bu görüşdə darmadağına sevinib.
“Leyptsiq” – “Ayntraxt” matçında qapılara qol vurulmayıb. Səfərdə “Volfsburq”la qarşılaşan “Bayer” inamlı qələbəyə sevinib. Turun qapanış matçında isə “Köln” Dortmund “Borussiya”sını sınağa çəkib. Tərəflər bu oyundan hərəyə 1 qol və 1 xalla ayrılıblar.
Almaniya Bundesliqası, 27-ci tur
18 mart
Bohum – Borussiya M 0:2
Qol: Plea, 55. Embolo, 61.