Çempionlar Liqası: 1/4 final mərhələsinin püşkü atılıb

UEFA Çempionlar Liqasında 1/4 mərhələlərinin püşkü atılıb.

Newsport.az-in məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən tədbirdə bu raundun cütlükləri bəlli olub.

Turnirin son qalibi olan İngiltərə "Çelsi"si 1/4 finalda İspaniya nəhəngi "Real Madrid"lə üz-üzə gələcək.

Çempionlar Liqası

1/8 final

1. "Çelsi" (İngiltərə) - "Real Madrid" (İspaniya)

2. "Mançester Siti" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya)

3. "Vilyarreal" (İspaniya) - "Bavariya" (Almaniya)

4. "Benfika" (Portuqaliya) - "Liverpul" (İngiltərə)

Qeyd edək ki, 1/4 finalın ilk oyunları 5-6 apreldə, cavab qarşılaşmaları isə 12-13 apreldə gerçəkləşəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right