ÇL-də mövsümün son püşkü Yenilənir

Bu gün Çempionlar Liqasında 1/4 və 1/2 final mərhələlərinin püşkatma mərasimi keçiriləcək. 

Newsport.az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində təşkil olunacaq və Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Mübarizəni davam etdirən 8 komandadan əvvəlcə 4 cütlük təşkil ediləcək. Cütlər bununla da yarımfinaldakı potensial rəqiblərini də tanıyacaqlar. Həmçinin bu mövsümün Paris şəhərindəki final qarşılaşması üçün meydan sahibi də bəlli olacaq. Kor püşk zamanı eyni ölkə təmsilçiləri bir-biri ilə qarşılaşa biləcək.

Qeyd edək ki, 1/4 final matçları aprelin 5-6-da və 12-13-də, yarımfinal aprelin 26-27-də və mayın 3-4-də, final mayın 28-də keçiriləcək.

Püşkatmada iştirak edəcək 8 komanda:

“Atletiko” (İspaniya)
“Bavariya” (Almaniya)
“Benfika” (Portuqaliya)
“Çelsi” (İngiltərə)
“Liverpul” (İngiltərə)
“Mançester Siti” (İngiltərə)
“Real” (İspaniya)
“Vilyarreal” (İspaniya)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right