Almaniyadan Rusiya və Ukrayna klublarının futbolçuları ilə bağlı qərar

Almaniya Futbol İttifaqı (AFİ) Rusiya və Ukrayna klublarından olan futbolçularla bağlı qərar verib.

Newsport.az “Kicker” nəşrinə istinadən yaydığı xəbərə görə, bu qərar qeyri-transfer pəncərəsi dövründə alınacaq futbolçularla bağlıdır. AFİ FİFA-nın icazə verdiyi kimi, həmin futbolçuları yeni oyunçular qismində qeydiyyata alacaq. Amma onların bu mövsümün sonuna kimi rəsmi matçlarda iştirakına icazə verilməyəcək. Futbol İttifaqı müvafiq departament və komissiyalarla məsləhətləşdikdən sonra yarışın bütövlüyünü qorumaq məqsədilə bu qərarı verib.

Yeni futbolçulara göstərilən dövrdə komandaları ilə məşq və yoxlama oyunlarında iştiraka icazə verilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right