PSJ də Rusiya şirkəti ilə əməkdaşlığı dayandırdı

PSJ Rusiyanın bukmeker kontoru "Fonbet" şirkəti ilə əməkdaşlığı dayandırıb.

Newsport.az xəbər verir ki, bu barədə "France Bleu" məlumat yayıb. Parislilər "Fonbetlə" müqaviləni mövsümün sonuna qədər dayandırmaq qərarına gəliblər.

Lakin PSJ-nin Moskvadakı futbol akademiyası öz işinə davam edəcək. Bu mövsüm akademiyada 3 yaşdan 17 yaşa qədər  500 uşaq təhsil alır. Klubdan verilən açıqlamada bildirilib: “Biz Rusiyada akademiyanın işini dayandırmaq üçün heç bir səbəb tapmadıq. Biz oradakı övladlar naminə işimizi davam etdiririk”

Qeyd edək ki, "Fonbet" və PSJ 2019-cu ildə əməkdaşlığa başlayıblar. Onların müqaviləsi 2023-cü ilə qədər hesablanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right