Oyun vaxtı Poqbanın evi qarət olundu

“Mançester Yunated”in oyunçusu Pol Poqbanın evi qarət olunub.

Newsport.az xəbər verir ki, hadisə 2 gün əvvəl “Atletiko” ilə Çempionlar Liqasının “Old Trafford”dakı  1/8 finalın təkrar görüşünün gedişatı zamanı baş verib.

Fransalı futbolçu Tvitter hesabında yazıb ki, qarətçilər evə daxil olanda onun uşaqları yataq otağında yatırmışlar: “Onlar evdə 5 dəqiqədən az olsalar da, bizim üçün qiymətli olan hər şeyi - hisslərimizi və təhlükəsizliyimizi aparıblar. Bir ataya öz övladlarını qoruya bilməmək imkanının olmamasından pis anlar ola bilməz”.

Poqba qarətçilər haqda məlumatı olub ona xəbər verən şəxsləri mükafatlandıracağını bildirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right