Benzemadan yeni rekord

"Real"ın futbolçusu Kərim Benzema yeni rekorda imza atıb.

Newsport.az "Opta"ya istinadən xəbər verir ki, o, buna La Liqanın 28-ci turunda "Malyorka" ilə matçda (3:0) dubl etməklə nail olub. 34 yaşlı hücumçu karyerasında vurduğu qolların sayını 413-ə yüksəldib və Fransa futbol tarixinin ən yaxşı bombardiri adına yiyələnib

Fransa millisinin üzvü bundan əvvəlki rekordun sahibi Tyerri Anrini (411 qol) geridə qoyub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right