Poqba: "Ronaldo möhtəşəmdi, onun haqda çox danışmağa ehtiyac yoxdu"

"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba komandasının Premyer Liqanın 29-cu turu çərçivəsində "Tottenhem"ə 3:2 hesabı ilə qalib gəldiyi oyunu dəyərləndirib.

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, fransalı futbolçu komanda yoldaşı Kriştiano Ronaldo haqda da fikirlərini bildirib:

"Ronaldo möhtəşəmdi. Bizə lazım olan reaksiya idi. Baxımlı qollar vurduq. Qol buraxdıqdan sonra da dərhal oyuna qayıtdıq və qolumuzu vurduq. Ronaldonu hamı tanıyır, onun haqda çox danışmağa ehtiyac yoxdu. Əsas olan onun nə etməsidi. Bundan əvvəlki matçda oynamadı, ancaq qayıtdı və het-trik etdi. Hamımız xoşbəxtik".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right