Millimizin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su bu gün Xorvatiya çempionatında 27-ci tur oyununa çıxacaq.
Newsport.az-ın məlumatına görə, komanda "Hayduk"un qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
M.Emreli sözügedən görüş üçün start heyətdə yer alıb.
Qeyd edək ki, "Dinamo" turnir cədvəlinin 53 xalla 1-ci pilləsində qərarlaşıb, "Hayduk" isə 48 xalla 4-cüdür.