Gürcülər də Rusiya klublarını tərk edirlər

Gürcüstanlı futbolçular Luka Qaqnidze və Luka Sulukidze “Ural”ı tərk ediblər.

Newsport.az-in məlumatına görə, bu barədə Premer Liqa təmsilçisinin saytı məlumat yayıb. Hər iki futbolçu FİFA-nın icazəsindən istifadə edib. 

Dünyanın ali futbol qurumu bugünlərdə Rusiya və Ukraynada çıxış edən legionerlərə bu il iyunun 30-dək müqavilələrini birtərəfli qaydada ləğv etmək hüququ verib.

Qeyd edək ki, Ukraynadakı müharibə ilə əlaqədar Rusiyada çıxış edən legionerlər bu ölkəni tərk edirlər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right