Rüdiger karyerası ilə bağlı qərar verdi

"Çelsi"nin müdafiəçisi Antonio Rüdiger gələcək karyerası ilə bağlı qərar verib.

 

Newsport.az "Sky Sports"a istinadən xəbər verir ki, Almaniya millisinin üzvü mövsümün sonunda London təmsilçisini tərk edəcək. 29 yaşlı mərkəz müdafiəçisi yayda başa çatacaq müqaviləsini yeniləmək fikrində deyil.

 

Qeyd edək ki, Antonio Rüdiger "Çelsi"yə 2017-ci ilin yayında "Roma"dan transfer olunub. Təcrübəli futbolçu cari mövsümdə "zadəganlar"ın heyətində meydana çıxdığı 39 oyunda 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right