PSJ Poçettinonu istefaya göndərəcək

Maurisiyo Poçettino PSJ-nin baş məşqçisi postundan gedə bilər.

Newsport.az-ın məlumatına görə, Paris təmsilçisinin Çempionlar Liqasının 1/8 final mərhələsində mübarizəni dayandırması rəhbərliyi düşünməyə vadar edib.

PSJ-nin Poçettino ilə yola davam etməyəcəyi dəqiqdir. "L'Equipe" nəşrinin məlumatına görə 50 yaşlı mütəxəssisin istefası indi baş verə bilər. Lakin mövsümün sonunda olacağı daha real görünür.

Qeyd edək ki, PSJ Çempionlar Liqasında "Real"a 1:3 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Paris təmsilçisi 10 gün əvvəl Fransa Kuboku ilə də vidalaşmışdı. Komanda Liqa 1-in son turunda isə "Nitsa"ya 0:1 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right