Ukraynaya dönük çıxdığı üçün bütün mükafatları alınır

Ukrayna Futbol Assosiasiyasının Etika və Feyr-pley Komitəsi hazırda “Zenit”də (Rusiya) köməkçi məşqçi kimi çalışan Ukrayna millisinin sabiq futbolçusu Anatoli Timoşukun bütün titullardan və dövlət mükafatlarından məhrum edilməsi üçün qurumun rəhbərliyinə müraciət ünvanlayıb. 

Newsport.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Asossasiyasının rəsmi saytı məlumat yayıb. Komitə hesab edir ki, 42 yaşlı mütəxəssis Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra ölkəsinə dəstək üçün heç bir addım atmayıb. O, nəinki işğalı pisləyən bəyanat verməyib, həmçinin çalışdığı Rusiya klubunu da tərk etməyib. Halbuki digər ukraynalı futbolçular artıq rus klubları ilə yolları ayırıblar.

Komitə Ukrayna Futbol Asossasiyasından Timoşuka verilən PRO kateqoriyası üzrə məşqçi lisenziyasının geri alınmasını, bütün fəxri ad və dövlət mükafatlarından, Ukrayna çempionatı, kuboku və superkubokunda qazandığı mükafatlardan, millinin sabiq oyunçusu statusundan məhrum edilməsini istəyib.

Qeyd edək ki, Timoşuk futbolçu karyerası ərzində “Şaxtyor”, “Bavariya”, “Zenit”, “Kayrat”da da O, 2000-2016-cı illərdə Ukrayna millisinin formasını geyinib.

Onun Ukraynanı müdafiə edən açıqlama verməməsi yerli futbol ictimaiyyətinin kəskin etirazına səbəb olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right