"Bavariya” tarixində 20-ci dəfə Çempionlar Liqasının 1/4 final mərhələsinə yüksəlib.
Newsport.az xəbər ki, bununla da Münhen təmsilçisi özünə məxsus olan rekordu yeniləyib. “Opta Frand”ın məlumatına görə, indiyədək heç bir komanda ÇL-in 1/4 finalına bu qədər vəsiqə qazanmayıb. Bu rekorda yaxın olan isə yalnız “Barselona”dır (18 dəfə).
Xatırladaq ki, “Bavariya” bu dəfə 1/8 finalda “Zalsburq”u mübarizədən kənarlaşdırıb (7:1, 1:1).