Dünya Oyunları 2022-nin Təşkilat Komitəsi Rusiya və Belarus idmançılarını turnirdən kənarlaşdırıb.
Newsport.az xəbər verir ki, bu barədə yarışın rəsmi saytı məlumat yayıb.
Qərar bu ölkələrin rəsmilərinə də şamil edilir.
Bu qərar qərar Dünya Oyunlarının təşkilinə kömək edən Beynəlxalq Olimpiya Komitəsinin tövsiyəsindən sonra qəbul olunub.
Dünya Oyunları qeyri-olimpiya idman növləri arasında keçirilən beynəlxalq yarışlardır. Yarışlar 2022-ci ildə, iyulun 7-dən 17-dək ABŞ-da keçiriləcək. Yarışda 100-dən artıq ölkədən 3 600 elit idmançının çıxışı gözlənilir.
Rusiya qoşunları fevralın 24-dən Ukraynaya hücuma keçiblər. Bu hücum bütün dünyada kəskin etirazlara səbəb olub. Bu hücumdan sonra Rusiyaya qarşı bir çox sanksiyalar tətbiq edilməyə başlanıb. Həmçinin, Rusiyanın və onun müttəfiqi olan Belarusun müxtəlif idman növləri üzrə komandaları da qadağalarla üzləşib.