ABŞ-da azarkeş rekordu qeydə alındı

"Şarlotta" klub tarixi ərzində MLS-də ilk ev oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, liqanın debütantı "Los-Anceles Qalaksi"ni qəbul edib və 0:1 hesabı ilə məğlub olub.

Məğlubiyyətə baxmayaraq matç ev sahibləri üçün yaddaqalan olub. Məsələ burasındadır ki, "Şarlotta" rekorda imza atıb. 

Daha dəqiq desək, klubun azarkeşləri rekordu reallaşdırıb. Belə ki, 75523 nəfərlik tutuma malik olan “Bank of Amerika" stadionunda oyunu 74479 nəfər izləyib. Bu oyuna qədər isə ABŞ-da daxili turnirlərdə azarkeş rekordu 2018-ci ildə MLS kubokunun finalında “Mersedes-Bens" arenasında qeydə alınmışdı. "Atlante"nin "Portlend Timbers"i qəbul etdiyi oyunu 73019 nəfər izləmişdi.

Şimali Karolina ştatının Şarlotta şəhərini təmsil edən eyniadlı klub 2019-cu ildən fəaliyyət göstərir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right