PSJ yenə “Nitsa” ilə bacarmadı

Futbol üzrə Fransa çempionatında 27-ci tura start verilib.

Newsport.az-ın məlumatına görə, ilk oyun günündə bir görüş baş tutub.

Turun açılış matçında “Loryan” və “Lion” kollektivləri üz-üzə gəliblər. Məhsuldar alınan qarşılaşma qonaqların qələbəsiylə başa çatıb.

PSJ “Nitsa”nın qonağı olub. Maraqlıdır ki, Paris klubu bu mövsüm iki dəfə qarşılaşdığı “qartallar”i məğlub edə bilməmişdi. Hətta bu oyunlardan birində “Nitsa” paytaxt komandasını kubokda mübarizədən kənarlaşdırmağı bacarmışdı. Bu oyunda da PSJ məğlubiyyətlə üzləşib. Günün digər matçında isə “Lans” doğma meydanda “Brest”ə minimal hesabla uduzub.

Fransa Liqa 1, 27-ci tur

4 mart

Loryan – Lion 1:4
Qol: Moffi, 57 – Fevr, 5; 78. Dembele, 26. Ekambi, 59.

5 mart

Lans – Brest 0:1
Qol: Honorat, 59.

Nitsa – PSJ 1:0
Qol: Delor, 88.

6 mart

16:00 Sent-Etyen – Mets
18:00 Bordo – Trua
18:00 Nant – Monpelye
18:00 Reyms – Strasburq
18:00 Renn – Anje
20:05 Lill – Klermon
23:45 Marsel – Monako

Bombardir: Vissam Ben Yedder (Monako), Kilian Mbappe (PSJ) – 15 qol.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right