"Bakcell Arena"da yenidənqurma işləri aparılacaq

“Neftçi” Peşəkar Futbol Liqasına müraciət edib.

Newsport.az-ın xəbərinə görə, "Bakcell Arena"da planlaşdırılan yenidənqurma işlərini əsas gətirən paytaxt təmsilçisi "Sumqayıt"a qarşı keçirəcəyi 3-cü və 4-cü dövrə oyunlarının yerinin dəyişdirilməsini xahiş edib. Stadionda aparılacaq işləri, "Neftçi"nin müraciətini və "Sumqayıt"ın razılıq məktubunu rəhbər tutan PFL "Neftçi" və "Sumqayıt" komandaları arasında keçiriləcək 3-cü və 4-cü dövrə oyunlarının yerini dəyişib.

Beləliklə, 3-cü dövrünün bu həftə "Sumqayıt"a qarşı keçiriləcək oyunu "Bakcell Arena"da, 4-cü dövrənin görüşü isə Sumqayıtda olacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right