"Mançester Yunayted"də futbolçular kapitana qarşı çıxdı

"Mançester Yunayted"in futbolçuları komandanın kapitanı Hari Maquayrdən narazıdırlar. 

Newsport.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb. "Qırmızı şeytanlar"ın üzvləri 24 yaşlı müdafiəçinin zəif çıxış etdiyini düşünür. Buna görə də onlar Maquayrin start heyətdə yer almasından və kapitanlıq sarğısını daşımasından narazıdırlar. Məsələyə görə digər futbolçularla Maquayr arasında dəfələrlə paltardəyişmə otağında problem yaşandığı bildirilib. 

Qeyd edək ki, Harri bu mövsüm 22 matçda 1 qol vurub. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right