Rusiyada mövsüm erkən başa çata bilər

Rusiya Premyer Liqasının 2021/22 mövsümü erkən başa çata bilər.

Newsport.az xəbər verir ki, klublar son 3 turun vaxtında dəyişiklik edilməsini istəyirlər. Onlar 28, 29, və 30-cu tur matçlarının mart-aprel aylarına salınmasını müzakirə edirlər. Klubların belə qərara gəlməsinə səbəb isə, Ukrayna ilə müharibə səbəbindən əcnəbi futbolçuların ölkədən mümkün gediş risklərini minimuma endirməkdir. Həmçinin Premyer Liqa rəhbərliyi də çempionatı aprelin sonunda başa vurmağı planlaşdırır. Hazırda RPL və klublar may ayındakı 3 turun görüşlərinin hansı tarixə salınmasını düşünürlər.

Qeyd edək ki, Rusiya Premyer Liqasının hazırkı təqviminə  əsasən, 28-ci tur mayın 5-6-da, 29-cu tur 12-13-də, 30-cu tur matçları isə 20-21-də keçirilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right