“Mançester Yunayted”in borcu açıqlandı

“Mançester Yunayted” ötən il üçün maliyyə hesabatını açıqlayıb.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin borcu son 12 ayda 494,8 milyon funt-sterlinqə yüksəlib.
 
Bu, 2020-ci ilin eyni hesabat dövrü ilə müqayisədə 8,6 faiz artım deməkdir. Eyni zamanda, “qırmızı şeytanlar”ın 6 aylıq gəliri 185,4 milyona yüksəlib.
 
“Mançester Yunayted”də hazırda maaşlar 391 milyon funt-sterlinq təşkil edir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right