UEFA rusiyalı hakimləri də avrokuboklardan uzaqlaşdırdı

UEFA nümayəndələri  avrokubok oyunlarına rusiyalı hakimləri hələ təyin etməmək qərarına gəlib.

Newsport.az xəbərverir ki, bu barədə "R-Sport" məlumat yayıb. Bildirilib ki, sanksiyalar hələ avrokubok oyunlarına təyinat almayan rusiyalı hakimlərə də təsir edib. UEFA qeyd edib ki, indi Rusiyadan olan hakimlərin xaricə getməsi çox çətin olacaq.

Xatırladaq ki, bundan əvvəl FİFA və UEFA Ukraynadakı vəziyyətə görə Rusiya klublarını və milli komandanı növbəti qərara qədər beynəlxalq oyunlardan kənarlaşdırmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right