Ölkə prezidenti Sonqu milliyə baş məşqçi təyin etdi

2022-ci il dünya çempionatına vəsiqə uğrunda pley-off oyunları öncəsi Kamerun millisinin baş məşqçisi dəyişib.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, Kamerun prezidenti Pol Biya məşhur keçmiş futbolçu Riqober Sonqu milli komandanın baş məşqçisi təyin edib.

Bundan əvvəl “şirlər”ə Toni Konseysao rəhbərlik edirdi. Sonq isə Kamerunun olimpiya millisinin baş məşqçisi idi.

Kamerun millisi martın 25 və 29-da Əlcəzairlə oynayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right