Baş məşqçi istefa verdi: "Müharibənin səbəbkarı olan bir ölkədə işimi davam etdirə bilmərəm"

Rusiyanın "Lokomotiv" klubunun baş məşqçisi Markus Gidsol istefa verib.

 

Newsport.az xəbər verir ki, bu barədə almaniyalı mütəxəssis özü məlumat verib. 52 yaşlı çalışdırıcı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə Moskva təmsilçisindən ayrıldığını bildirib:

 

"Müharibənin səbəbkarı olan bir ölkədə işimi davam etdirə bilmərəm. Bu, mənim dəyərlərimə uyğun gəlmir. İstefa verirəm".

 

Qeyd edək ki, Markus Gidsol 2021-ci ilin oktyabr ayından "Lokomotiv"in baş məşqçisi vəzifəsində çalışırdı. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right