Tyerri Anri "Marsel"in "Qarabağ"la oyununu xatırladı

Fransa millisinin sabiq forvardı Tyerri Anri "Marsel"in Liqa 1-də "Trua" (1:1) ilə oyundakı xal itkisinə münasibət bildirib.

Newsport.az xəbər verir ki, fransalı veteran futbolçu Xorxe Sampaoilinin komandasının "Qarabağ"la oyununu da xatırlayıb: 

"Ehtimal edirdim ki, "Marsel" ilk qoldan sonra topa nəzarət edib, daha yüksək hərəkətə təkbaşına oynayacaq. Deyə bilərsiniz ki, "Marsel" “Qarabağ”la çətin oyundan, uzun yoldan qayıtmışdı. Amma "Metz"lə oyunda bu onlara mane olmadı, qalib gəlməyi bacarmışdılar. Sadəcə evdə "Klermon"a uduzdular. Bu dəfə oyunda diqtə edən tərəf "Trua" idi. Doğrudu, onlar da çox qol epizodları yaratmadılar. Sadəcə "Marsel"dən daha çox şey gözləyirdim". (Prime Video)

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right