Bekhemin rekordunu qırdı

“Mançester Yunayted”in futbolçusu Bruno Fernandeş klubun sabiq oyunçusu Devid Bekhemin rekordunu qırıb. 

Newsport.az “Opta”ya istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi buna ötən gecə Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə ilk matçda (1:1) nail olub. O, 80-ci dəqiqədə komanda yoldaşı Entoni Elanqanın vurduğu qolun ötürməsini verib. Beləliklə, Bruno Çempionlar Liqasında ardıcıl 6 oyunda qol ötürməsinə imza atıb və turnir tarixində klubun bunu bacaran ilk futbolçusu olub.

Bundan əvvəlki rekord “Mançester Yunayted”in sabiq oyunçusu Devid Bekhemə məxsus idi. O, 1998-ci ildə ardıcıl 5 görüşdə qol ötürməsi ilə yadda qalmışdı. 

Qeyd edək ki, “Mançester Yunayted” və “Atletiko” arasında cavab oyunu martın 15-i İngiltərədə keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right