“Səni bura “Yuventus” göndərib” Mourinyodan hakimə

"Roma"nın baş məşqçisi Joze Mourinyonun A seriyasının 26-cı turunda "Verona" ilə oyunda (2:2) qırmızı vərəqə almasının səbəbi müəyyənləşib.

Qeyd edək ki, portuqaliyalı mütəxəssis oyun boyu hakimin qərarlarına kəskin etirazını bildirib. Görüşün sonlarında isə 59 yaşlı məşqçi baş hakim Luka Payrettoya əli ilə telefon jesti edib və bundan sonra qırmızı vərəqə ilə cəzalandırılıb. 

“La Stampa” nəşri yazır ki, Mourinyo hakimin üstünə qışqıraraq deyib: “Səni bura xüsusi göndəriblər, “Yuventus” göndərib”.

Bu sözlərinə və jestinə görə portuqaliyalı mütəxəssisə 3 oyunluq cəza veriləcəyi gözlənilir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right