"Trabzonspor"da Hamşik şoku

Türkiyə Super Liqasının lideri olan "Trabzonspor"un heyətində ciddi itki baş verib.

Newsport.az-ın məlumatına görə, "bordo-mavilər"in yarımmüdafiəçisi Marek Hamşik zədələnib. Bu barədə Qara Dəniz təmsilçisinin rəsmi saytı məlumat yayıb.

25-ci turun "Konyaspor"la oyunundan sonra ayağında ağrılar hiss edən Slovakiya millisinin üzvü müalicə üçün ölkəsinə yollanıb. Təcrübəli futbolçu sabah "Alanyaspor"la matçda komandasına kömək edə bilməyəcək.

Qeyd edək ki, Marek Hamşik "Trabzonspor"a mövsümün əvvəlində keçib. 35 yaşlı yarımmüdafiəçi Türkiyə klubunun heyətində meydana çıxdığı 24 görüşdə 2 qol və 4 qol ötürməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right