PSJ-dən 40 milyon avroluq transfer

PSJ “Sportinq”dən müdafiəçi Nuno Mendeşi transfer etməkdə maraqlıdır.

Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, 19 yaşlı futbolçu hazırda PSJ-də icarə əsasında çıxış edir. Paris klubu onun icarəsi üçün Portuqaliya təmsilçisinə 7 milyon avro ödəyib.

PSJ Mendeşin keçidini birdəfəlik həll etmək üçün “Sportinq”ə 40 milyon avro ödəməli olacaq.

Fransa klubu və Mendeş öz aralarında 5 illik müqaviləyə razılaşıb. Müqavilə mövsümün sonunda imzalanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right