Fransalı məşqçi Loran Blan "Əl-Rayyan"ın baş məşqçi postundan göndərilib.
Newsport.az-ın məlumatına görə, buna səbəb Qətər klubunun uğursuz nəticələridi.
Fransa millisinin sabiq çalışdırıcısı 2020-ci ildən "Əl-Rayyan"da baş məşqçi kimi fəaliyyət göstərirdi. Qətər klubu onu Nikolas Kordova ilə əvəzləyib.