“Real”ın hücumçusu Kərim Benzema zədələndikdən sonra bərpa prosesini keçməyə davam edir.
Newsport.az xəbər verir ki, həkimlər fransalı forvardın tam sağalması üçün zamana ehtiyac olduğunu bildirib.
Məhz buna görə də Benzema Çempionlar Liqasının 1/8 final mərhələsinin PSJ ilə ilk oyununu buraxa bilər.
Məşqçilər özü də futbolçunu PSJ matçına cəlb edərək onu riskə atmaq istəmir və buna görə də forvarda istirahət üçün əlavə vaxt verib.