Fransanın "Lion" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndonbeleni heyətinə qatıb. 25 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında "Lion"da çıxış edəcək.
Qeyd edək ki, Tanqi Ndonbele "Tottenhem"ə 2019-cu ilin yayında "Lion"dan transfer olunmuşdu. Fransa millisinin üzvü bu mövsüm London klubunun heyətində meydana çıxdığı 16 oyunda 2 qol, 1 asistlə yadda qalıb.