Formasındakı reklamlardan 440 milyon avro qazanacaq

Yeni mövsümdən “Barselona”nın iki titul sponsoru olacaq.

Newsport.az “BarcaTimes”a istinadən xəbər verir ki, “Spotifty” internet servisini “Rakuten” əvəz edəcək. Sonuncu ilə 5 mövsümlük müqavilə imzalanacaq. Bu əməkdaşlıq çərçivəsində Kataloniya klubu 340 milyon avro gəlir əldə edəcək.

İkinci titul sponsoru isə “Beko”nu əvəzləyəcək “Polkadot” olacaq. Bu şirkətlə də 5 mövsümlük müqavilə bağlanacaq. “Polkadot”la əməkdaşlıq isə “Barselona” 100 milyon avro qazandıracaq.

Hər iki şirkətin loqosu yeni mövsümdən “Barselona”nın formasında yer alacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right