"Mahirin əvəzinə oynadacaq başqa hücumçumuz yoxdu"

“Legiya”nın baş məşqçisi Aleksandr Vukoviç Mahir Emreli haqda danışıb.

Newsport.az-ın məlumatına görə, Varşava klubunun çalışdırıcısı Emrelinin hələ də düşərgədə olmamasına toxunub:

"Emreli hazırda bizimlə olmasa da, o, hələ də bizim oyunçu hesab edilir. Mahir müqaviləsi davam edən futbolçularımızın sırasındadı. Hazırki durumda çox futbolçu gətirmək asan deyil. Amma transfer oluna biləcək oyunçuları görəndə də təşvişə düşmürəm. 

Pekhart, Lopes, Vlodarçik və Rosolyak “Legiya” üçün yaxşı səviyyədə oynaya biləcək oyunçulardı. Gözləntilərimizi doğruldacaqlarına inanıram. Şikayətlənmək istəmirəm, lakin Mahirin əvəzinə oynadacaq başqa hücumçumuz yoxdu”. (TVP Sport)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right