Ronaldonun maaşı kəsilə bilər

"Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun maaşı azaldıla bilər.

Newsport.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Bildirilib ki, klub mövsümün sonunda Premyer Liqanı dördüncü yerdən aşağı başa vurarsa, portuqaliyalı oyunçunun maaşı azaldılacaq.

Hazırda 36 yaşlı forvard həftəsinə 458 min avro alır. Maaşı kəsiləcəyi təqdirdə isə o, həftəsinə 345 min avro qazanacaq.

Qeyd edək ki, daha əvvəl  “qırmızı şeytanlar” Çempionlar Liqasına düşə bilməsə, Ronaldonun klubunu dəyişə biləcəyi barədə xəbərlər yayılıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right