Azərbaycanda 3 klubda oynamış futbolçu "Pünik"ə keçdi

Azərbaycanda "Səbail", "Sabah" və "Keşlə" klublarında oynamış Yevgeni Koçuk karyerasını Ermənistanda davam etdirəcək.

Newsport.az xəbər verir ki, moldovalı yarımmüdafiəçi "Pünik"ə keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb..

Sözləşmənin müddəti və digər detalları açıqlanmayıb.

Qeyd edək ki, Yevgeni Koçuk 2018-2019-cu illərdə "Səbail", 2020-ci ildə "Sabah", 2021-ci ildə isə "Keşlə"də çıxış edib. 29 yaşlı oyunçu son olaraq ölkəsinin "Zimbru" klubunda oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right