PSJ-nin futbolçusu Lionel Messi Fransa Liqa 1-in 22-ci turunda bu gün "Reyms"lə keçirilən görüşdə meydana çıxa bilər.
Newsport.az-ın məlumatına görə, argentinalı hücumçunun adı matçın iştirak ərizəsinə daxil edilib.
Koronavirusa yoluxduğu üçün bir neçə oyunu buraxan futbolçu sonuncu dəfə dekabrın 22-də "Loryan"la oyunda meydana çıxmışdı.
Qeyd edək ki, PSJ - "Reyms" matçı Bakı vaxtı ilə 23:45-də başlayacaq.