PSJ-nin hücumçusu Lionel Messi komandaya qoşulub.
Newsport.az-ın məlumatına görə, argentinalı ulduz kollektivlə birgə məşqdə iştirak edib. Bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, bir müddət əvvəl koronavirusa yoluxan Messi bu səbəbdən Liqa 1-in 21-ci turunun “Brest”lə matçını (2:0) buraxmışdı.