Corcina Ronaldonu belə təbrik etdi

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldonun sevgilisi Corcina Rodriqes oyunçunun FİFA-dan "The Best" xüsusi mükafat almasına münasibət bildirib.

Newsport.az xəbər verir ki, o, bununla bağlı özünün "İnstaqram" hesabında yazıb: 

"FİFA xüsusi mükafatı. Tarixin ən yaxşı bombardiri.  Siz unikalsınız. Bizə bu qədər sevinc bəxş etdiyiniz, əzm və qətiyyət haqqında öyrətdiyiniz üçün təşəkkür edirik. Biz səni sevirik ata".

Qeyd edək ki, 36 yaşlı oyunçu milli komandada vurduğu qollar sayəsində dünya rekorduna görə mükafat alıb. 2021-ci ildə Kriştiano Portuqaliya millisində vurduğu qolların sayını 115-ə çatdıraraq, keçmiş iranlı hücumçu Əli Daeini (109) qabaqlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right