Premyer Liqanın ən yaxşı oyunçusu seçildi

İngiltərə Premyer Liqasında 2021-ci ilin dekabr ayının ən yaxşı oyunçusu müəyyənləşib.

Newsport.az xəbər verir ki, ötən ayın ən yaxşısı adına "Mançester Siti"nin yarımmüdafiəçisi Rahim Sterlinq layiq görülüb. 27 yaşlı futbolçu azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb.

İngiltərə millisinin üzvü Joao Kanselo ("Mançester Siti"), Ceyms Meddison ("Lester"), Qabriel Martinelli, Martin Odeqaard (hər ikisi Arsernal"), Meyson Mount ("Çelsi") və Son Hyunq-Minin ("Tottenhem") də daxil olduğu yeddi nəfərlik siyahıda birinci olub.

Qeyd edək ki, Rahim Sterlinq dekabr ayında "Mançester Siti"nin heyətində 5 Premyer Liqa matçında 5 qol və 1 məhsuldar ötürmə edib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right