Futbol üzrə Seneqal milli komandasının iki futbolçusunda koronavirus aşkarlanıb.
Newsport.az-ın məlumatına görə, bu barədə yığmanın mətbuat xidməti məlumat yayıb. Xəbərdə, İdrissa Qeye (PSJ) və Fode Ballo-Turenin (“Milan”) koronavirus testinin müsbət çıxdığı bildirilib.
Seneqal yığması Afrika Millətlər kubokunda sabah Qvineya ilə qarşılaşacaq.