"Beşiktaş" müdafiəçisini itirdi

Türkiyənin "Beşiktaş" klubunun heyətində ciddi itki baş verib.

 

Newsport.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Umut Meraş sıradan çıxıb. Super Liqanın 20-ci turunun "Rizəspor"la oyununda (2:2) sağ ayağından zədələnən 26 yaşlı sol cinah müdafiəçisi 2 həftə komandasına kömək edə bilməyəcək.

 

Qeyd edək ki, Umut Meraş "Beşiktaş"a mövsümün əvvəlindı Fransanın "Le Havr" klubundan keçib. Türkiyə millisinin üzvü "qara qartallar"ın heyətində meydana çıxdığı 19 oyunda 1 qol öterməsi ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right