Argentina millisinin kapitanı Lionel Messi DÇ-2020-nin qarşıdakı 2 oyununu buraxa bilər.
Newsport.az Fransa mətbuatına istinadən xəbər verir ki, millinin baş məşqçisi Lionel Skaloni Messiyə Çili (27 yanvar) və Kolumbiya (1 fevral) ilə matçlarda iştirak etməməyi təklif edib. Buna səbəb 34 yaşlı futbolçunun bugünlərdə koronavirusa yoluxmasıdır.
COVID-19-dan sağalaraq hazırda fərdi qaydada məşq edən PSJ-nin 34 yaşlı hücumçusu düşünmək üçün məşqçidən vaxt istəyib.
Qeyd edək ki, Argentina artıq DÇ-2022-nin final mərhələsinə vəsiqəni təmin edib.