PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 finalında "Real"la keçirəcəkləri oyunlar barədə danışıb.
Newsport.az xəbər verir ki, 23 yaşlı hücumçu CNN-ə açıqlamasında deyib:
"Biz hazır olmalıyıq. Vaxt gəldi. Bu, mövsümün ən vacib hissəsidir. Təbii ki, biz irəliyə doğru addım atmaq istəyirik. Finala, yarımfinala yüksəlməyimizdən iki il keçir. Amma indi qalib gəlmək istəyirik".