Messidən etiraf

PSJ-nin futbolçusu Lionel Messi ABŞ-da futbol oynamaq istəyir.

Newsport.az-ın məlumatına görə, bu barədə argentinalı hücumçu özü açıqlama verib. O, karyerasının bir hissəsini ABŞ-da keçirmək istədiyini etiraf edib:

“Orada futbol oynamaq və yaşamaq maraqlı gəlir. Karyeramın növbəti dönəmlərinin birində bunu reallaşdırmaq istəyirəm. Lakin alınacaqmı, bilmirəm”.

İspaniya mətbuatının xəbərinə görə, Messi 2023-cü ildə MLS təmsilçisi “İnter Mayami” ilə müqavilə imzalaya bilər. Klubun sahibi ingiltərəli keçmiş futbolçu Devid Bekhemdir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right