"Yuventus"un kapitanı Corcio Kyellini koronavirusa yoluxub.
Newsport.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 37 yaşlı müdafiəçi ev şəraitində təcrid olunub.
Maraqlıdır ki, Kyellini dekabr ayında 3-cü vaksinasiyadan keçib.
"Yuventus" yanvarın 6-da A seriyasının 20-ci turunda "Napoli"ni qəbul edəcək.