"Bavariya"nın müdafiəçisi ən yaxşı seçildi

Kanadada 2021-ci ilin ən yaxşı futboçusu müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, "Bavariya"nın müdafiəçisi Alfonso Devis ən yaxşı seçilib. 21 yaşlı futbolçu məşqçilər və idman jurnalistləri arasında keçirilən sorğuda hamını qabaqlayıb.

Səsvermədə "Lill"in hücumçusu Conatan David ikinci, "Beşiktaş"da oynayan Kayl Larin isə üçüncü olub.

Qeyd edək ki, Alfonso Devis bu il Kanada yığmasının heyətində 5 qol və 8 asistlə yadda qalıb. Gənc müdafiəçi "Bavariya" ilə Almaniya çempionluğu yaşayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right