Afrika Millətlər Kuboku "Omikron"a görə ləğv edilə bilər

Kamerunda keçirilməsi planlaşdırılan Afrika Millətlər Kuboku ləğv oluna bilər.

Newsport.az RMC-yə istinadən xəbər verir ki, Afrika Futbol Konfederasiyası (CAF) yarışın ləğvini nəzərdən keçirir.

CAF artıq bununla bağlı təcili iclas da çağırıb. Təşkilatçılar koronavirusla bağlı vəziyyətdən və "Omikron" ştamının yaranmasından narahatdırlar. Qurumun fikrincə, Avropadan oyunçuların və azarkeşlərin gəlişi epidemioloji vəziyyəti daha da pisləşdirəcək.

Fransa və İngiltərə klubları karantin dövründə futbolçularını riskə atıb onları itirmək istəmədikləri üçün turnirin ləğvi təşəbbüsünü dəstəkləyiblər.

Yarış ləğv olunsa, 2022-ci il dünya çempionatı ilə üst-üstə düşməməsi üçün 2023-cü ildə gerçəkləşəcək.

Qeyd edək ki, Afrika Millətlər Kuboku 2022-ci il 9 yanvar - 6 fevralda keçirilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right